SosialTəqdimat

Sağlamlıq imkanları məhdud olan şəxslər üçün fövqəladə hallara dair təlimat kitabı təqdim olundu

Bu gün Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbində Brayl əlifbasında çap olunmuş kitabın təqdimatı keçirilib. Belə ki, bu kitab yalnız əl ilə oxuna bilər. Layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilmişdir.

Kitabda fövqəladə hallara dair təlimatlar yer alıb. Gözdən əlilliyi olan şəxslərin bu məlumatları istədikləri zaman rahat əldə edə bilməsi üçün zəlzələ, yanğın, dəm qazından zəhərlənmə, partlayı zamanı davranış qaydaları, hava nəqliyyatında təhlükəsizlik qaydaları, ilkin tibbi yardım, ekstrimal anlarda qısa nömrələrdən düzgün istifadə qaydaları Brayl əlifbasında kitab olaraq hazırlanmışdır.

Kitabın təqdimatı gözdən əlilliyi olan uşaqların təhsil aldığı internat məktəbində keçirilib. Tədbirdə nazirliklər və digər dövlət qurumlarının nümayəndələri, mötəbər beynəlxalq təşkilatların əməkdaşları, təşəbbüskar gənclər və media iştirak edib.

ABŞ Səfirliyinin İctimai əlaqələr şöbəsinin rəhbəri Mişel Petersen “ABŞ Səfirliyi belə bir ictimai əhəmiyyət kəsb edən layihəni dəstəkləməkdən çox məmnundur” deyə qeyd etmişdir.

Layihənin müəllifi Elman Süleymanov “Bu kitabın nə zaman, neçə şəxsin həyatını xilas edəcəyini bəlkə də bilməyəcəyik amma bunun mütləq baş verəcəyinə əminik və dünən olduğundan daha rahat yata bilərik bugün” deyə  bildirmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!