Fernando Alonso Mixael Şumaxerin iki rekordunu təzələyib

Fernando Alonso Avstriya Qran-Prisində əvvəllər Mixael Şumaxerə məxsus olan iki mütləq rekordu yeniləyib. Doğrudur, hər iki rekord yürüşün nəticələrindən çox Formula 1 yarışlarında çıxışların davamlılığı ilə bağlıdır.

Frame.az xəbər verir ki, Avstriya Qran-Prisində bütün məsafəni qət edən F.Alonso karyerası ərzində keçdiyi məsafəyə görə birinci yerə çıxıb. Mixael Şumaxer çıxış etdiyi illər ərzində 81.208 kilometr məsafə qət etdiyi halda, F.Alonso 81.394 kilometrə imza atıb. Bununla belə, ispan pilotu Qran-Pri yarışlarının sayına görə alman həmkarından geri qalır: o, Formula 1 yarışlarında 300 dəfə, M.Şumaxer isə 306 dəfə start götürüb.

İkinci rekord pilotun karyerasındakı finişlərin sayı ilə bağlıdır. M.Şumaxer Qran-Pri yarışlarında 237 dəfə finişə çatıb. Avstriya finişi isə F.Alonso üçün 238-ci olub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: