Gənc Kulinarların III Şirniyyat Festivalı keçirilib

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyası, Azərbaycan Milli Kulinariya Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatı dəstəyi ilə kulinariya ixtisası üzrə təhsil alan tələbələr arasında III Şirniyyat Festivalı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Kulinariya Assosiasiyası, Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələri çıxış edərək ölkədə turizm-xidmət və iaşə sektorunun inkişafına ayrılan diqqətdən, kulinariya sahəsində peşəkar kadrların yetişdirilməsindən və həyata keçirilən tədbirlərdən bəhs ediblər. GİZ təşkilatının nümayəndəsi bu sahədə ixtisaslı kadrların hazırlanmasında beynəlxalq təcrübənin tətbiqi və məzunların məşğulluğunun təmin olunması haqqında təqdimat edib.

Gənc Kulinarların III Şirniyyat Festivalı çərçivəsində keçirilmiş sərgi-yarışda iştirak edən təhsil müəssisələrinin komandalarının hazırladıqları şirniyyatlar nümayiş etdirilib və aktiv iştirakçılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

Tədbirdə peşə təhsil müəssisələrini ilə yanaşı, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Qida Sənayesi kollecinin tələbələrindən ibarət komandalar da iştirak edib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: