Fettel Formula 1-dən getməsi barədə şayiələri təkzib edib

“Ferrari” komandasının yürüşçüsü, Formula 1 üzrə dördqat dünya çempionu Sebastyan Fettel bildirib ki, 22 yaşlı komanda yoldaşı Şarl Lekler tərəfindən artan rəqabətə baxmayaraq yaxın vaxtlarda karyerasını başa çatdırmağı düşünmür. Belə ki, Lekler 2019-cu il mövsümündə alman pilotu həm qələbələrin sayına (1-ə qarşı 2), həm də xallara görə (230-a qarşı 260) üstələyir.

Frame.az xəbər verir ki, 32 yaşlı Fettelə onun Formula 1 yarışlarını tərk edəcəyi ilə bağlı sual ünvanlanıb. “Yox, qəti olaraq yox. Düşünürəm ki, digər idman növlərindən fərqli olaraq, yaş həddi bizim üçün əsas deyil. Lakin burada ən mühüm olan budur: əgər sən yetərincə yaxşı çıxış edirsənsə, onda kifayət qədər gəncsən. Mən artıq 12 ildir Formula 1–də iştirak edirəm. İndi mənim qarşımda əvvəlki perspektivlər yoxdur. Mən hadisələri başqa cür qiymətləndirirəm, tələsmirəm. Yaxşıdır ki, ehtiyatda hələ bir neçə mövsümüm var”, -deyə alman pilot cavab verib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: