FIA Çindəki koronavirusla bağlı zəruri tədbirləri görəcək

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Çindəki koronavirusla bağlı açıqlama yayıb.

Frame.az FIA-nın saytına istinadla xəbər verir ki, açıqlamada yaxın aylarda Çində baş tutacaq Formula 1 və Formula E yarışlarının ləğvi barədə məlumat verilməyib. Bununla yanaşı, federasiya, lazım olduqda, mərhələlərin ləğvini istisna etmədiyini bildirib: “FIA qarşıdan gələn yarışların cədvəlini nəzərdən keçirəcək və zəruri hallarda dünya avtomobil idmanı və eyni zamanda, geniş ictimaiyyəti qorumaq üçün vacib hesab etdiyi tədbirləri görəcək”.

Qeyd edək ki, 2020-ci ildə mövsüm əvvəli testlər fevralın 19-21-də və 26-28-də olacaq. Mövsümün ilk mərhələsi olan Avstraliya Qran-Prisi martın 13-dən 15-dək, Çin Qran-Prisi isə aprelin 17-19-da keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: