FIA gələn il keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimini təsdiqləyib

Gələn il Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-28-də keçiriləcək

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-cu ildə keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimini açıqlayıb.

Frame.az FIA-ya istinadla xəbər verir ki, rəsmi təsdiqlənmiş cədvəldə 21 mərhələ yer alıb.

Mövsümə Avstraliya Qran-Prisi ilə start veriləcək. Yürüş gələn il martın 17-də Melburn avtodromunda keçiriləcək. Çempionatın sonuncu mərhələsi dekabrın 1-də Abu-Dabidəki “Yas-Marina” avtodromunda aş tutacaq. Azərbaycan Qran-Prisi isə aprelin 26-28-də keçiriləcək.

Yarışlarda yay fasiləsi avqustun 4-dən sentyabrın 1-dək davam edəcək.

Formula 1 üzrə dünya çempionatının 2019-cu il mövsümünün tam təqvimi:

15-17 mart – Qran-Pri Avstraliya

29-31 mart – Qran-Pri Bəhreyn

12-14 aprel – Qran-Pri Çin

26-28 aprel – Qran-Pri Azərbaycan

10-12 may – Qran-Pri İspaniya

24-26 may – Qran-Pri Monako

7-9 iyun – Qran-Pri Kanada

21-23 iyun – Qran-Pri Fransa

28-30 iyun – Qran-Pri Avstriya

12-14 iyul – Qran-Pri Böyük Britaniya

26-28 iyul – Qran-Pri Almaniya

2-4 avqust – Qran-Pri Macarıstan

30 avqust – 1 sentyabr – Qran-Pri Belçika

6-8 sentyabr – Qran-Pri İtaliya

20-22 sentyabr – Qran-Pri Sinqapur

27-29 sentyabr – Qran-Pri Rusiya

11-13 oktyabr – Qran-Pri Yaponiya

25-27 oktyabr – Qran-Pri Meksika

1-3 noyabr – Qran-Pri ABŞ

15-17 noyabr – Qran-Pri Braziliya

29 noyabr – 1 dekabr – Qran-Pri Əbu-Dabi.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: