Fərdi İnkişaf Forumu-2019 keçiriləcək

“Dadashsoy Business School”un təşkilatçılığı ilə 03 Noyabr tarixində Avropa-Azərbaycan Məktəbində 800 nəfərin iştirak edəcəyi Fərdi İnkişaf Forumu-2019 təşkil ediləcək.

Forumun məqsədi inkişafları üçün çalışan bütün şəxslərin şəxsi inkişafına dəstək verərək onlara yardımçı olmaq və onlara gündəlik həyatda qarşılarına çıxa biləcək problemlər və onların həlli üsulları, uğurlu və təcrübədən keçmiş metodlar, iş adamları ilə ünsiyyətin qurulması, habelə, təcrübənin toplanması kimi istiqamətlərdə dəstək göstərməkdir.

Bu səbəbdən öz sahəsində fərqlənən, seçilmiş təcrübəli şəxslərlə görüş nəzərdə tutulub. Bundan əlavə tədbirdə qeyri-hökümət təşkilatları və gənclər təşkilatları, özəl şirkət nümayəndələri, habelə, idarə heyəti üzvləri də qonaq qismində iştirak edəcəklər.

Forumun spikerləri:
– Elvin Dadaşsoy-“Panda School” MMC Direktor, biznes təlimçi
Mövzu: “Biznesdə uğur”
– Nəcəf Allahverdiyev-“Karnegi Klub” təsisçi, natiq
Mövzu: “Ünsiyyət texnikaları”
– Pərviz Həsənov-“Mentor” təlim mərkəzi təsisçi
Mövzu: “Xəyalımdakı Gələcək”
-Leyla Qasımova-Psixoloq
Mövzu: “Xalçanın altına süpürülənlər”
– Aslan Məmmədov-Language Coach
Mövzu: “Xarici dili sürətli öyrənmə texnikaları”
– Babək Bayramov-NLP trainer
Mövzu: “Dəyişim”
-Toğrul Ələkbər-“ABŞ təhsilli Azərbaycanlı məzunlar İB” sədr, təlimçi
Mövzu: “Meşənin ən böyük palıdı”
Forumda hədəflənən iştirakçı sayı 800 nəfər nəzərə tutulub.

Tədbir ödənişlidir: Standart bilet 25 azn, tələbələr üçün 15 azn

Bilet əldə etmək üçün:
https://forms.gle/oqCk5H9Xui8btHrj7

Ətraflı məlumat üçün: https://www.facebook.com/Fərdi-İnkişaf-Forumu-FİF-2019-103099757760048/

Hörmətlə,
Fərdi İnkişaf Forumu
Əlaqə nömrəsi:(+99455) 263 99 62

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: