FIFA İngiltərə’nin paytaxtı London’da ötən ilin ən yaxşılarını mükafatlandırıb

“Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olub. 2017-ci ilin ən yaxşı futbolçusu nominasiyasında qalib Madrid Real’ının hücumçusu Kriştiano Ronaldo olub. O, səsvermədə Lionel Messi və Neymar’ı qabaqlayıb.
Madrid Real’ının çalışdırıcısı Zinəddin Zidan ilin ən yaxşı baş məşqçisi seçilib.
İlin ən yaxşı qolu üçün verilən “Ferents Puşkaş” mükafatı “Fransa” millisi və Arsenal’ın hücumçusu Olivye Jiru’ya təqdim olunub. Onun “Kristal Pelas” oyunda dabanla vurduğu qol bütün rəqiblərini qabaqlayıb. Bu dəfəki tədbirdə ilk dəfə olaraq ilin ən yaxşı qapıçısı da seçilib.
“İtaliya” millisi və Yuventus’un qapıçısı Canluici Buffon əsas rəqibləri Keylor Navas və Manuel Noyer’i geridə qoyub.
İlin “fair-play” mükafatı “Toqo” millisinin və Çexiya’nın “Zbryovko Brno” komandasının oyunçusu Fransis Kone’yə təqdim edilib. O, oyunların birində rəqib oyunçunu ölümdən xilas etdiyi üçün bu mükafata layiq görülüb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: