EventsMobil dünyaTəqdimat

FIFA18 Azərbaycan Çempionatı yekunlaşıb

FIFA18 Azərbaycan Çempionatı yekunlaşıb.

Azərbaycanın ilk və ən böyük konsol oyunları turniri başa çatıb. Turnirin final günü 27 Noyabr 2017 tarixində STEP IT Akademiyasında həyata keçirilib. Böyük tədbirdə 300-ə yaxın azarkeş iştirak edib və bir çox şirkət rəsmisi də finalı izləmək üçün tədbir salonunda əyləşiblər. Qarabağ Playstation Club-da start verilən layihə ümumilikdə 3 həftə ərzində davam edib və qalib final tədbirində müəyyən olub.

Belə ki, turnirin qalibi Vüqar Cahangirov adlı gənc iştirakçı olub. Qalibə Sony Center tərəfindən Playstation 4 oyun konsolu və FIFA18 oyunu hədiyyə olunub.

Digər təşkilatçı şirkətlər arasında olan VR Bee, Consept Anti Kafe, Komptel Baku, Gamebuy və Hazzard enerji içkiləri də bu turnirə biganə qalmayaraq qalibə öz hədiyyələrini təqdim ediblər. Layihənin rəhbəri Vüqar Faiq tədbir zamanı çıxışında bu sosial layihələrin sonuncusu yox birincisi olduğunu bildirib və belə turnirlərin Azərbaycanda təşkil olunması üçün daha çox səy göstərəcəklərini bildirib.

Növbəti FIFA18 turnirinin Qarabağ Game Club əməkdaşlığı ilə Fevral ayının 3-ünə təsadüf edəcəyi ilə bağlı açıqlamalar da edib. Sizə tədbirdən şəkilləri təqdim edirik.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!