Maraqlı

Fikirləri oxumaq artıq reallaşır

Amerika alimləri canlı olaraq fikirləri oxuya bilən xüsusi bir proqram hazırlayıblar. Bu proqram beyin dalğalarının alqoritmlərini izləyərək buna nail olur. Vaşinqton Universitetindən olan alimlər çox mühüm bir nailiyyətə imza ataraq nəhayət ki insan beyni tərəfindən göndərilən siqnalları oxumağa nail olublar.

Məlumatda bildirilir ki, xüsusi proqram canlı olaraq insanın düşüncələrində gördüyü şəkillərdən 96%-ni aşkar edə bilib. Bu əməliiay üçün isə kompüter sadəcə 20 millisaniyə sərf edib.

Tədqiqat aparmaq üçün Amerikalı alimlər epilepsiyadan əziyyət çəkən 7 nəfərdən ibarət bir qrup seçirlər. Tədqiqatın məqsədi isə epileptik tutmaların səbəblərini aydınlaşdırmaq idi.

Tədqiqatın iştirakçıları hər 400 millisaniyədən bir ekranda peyda olan müxtəlif şəkilləri nəzərdən keçirirlər. Onların başlarına bərkidilmiş elektrodlar isə məlumatları kompüterə ötürərək sonuncunun beyin dalğalarının alqortimlərini analiz etməyə kömək edirdi.

Tədqiqatın sonunda proqram canlı olaraq ekranda görünən şəkillərin 96%-ni aşkar edə bilmişdi. Bütün bu əməliyyatları yerinə yetirə bilmək üçün isə komöüterə cəmi 20 millisaniyə kifayət edirdi.

Vaşinqton Universitetindən olan həkim nevroloq Raceş Rao bu tədqiqatın belə bir müvəffəqiyyətli sonluqla bitəcəyini gözləmədiklərini bildirmişdi. O əmindir ki bu tədqiqatın nəticələrindən klinik tibbdə və əsasən də tam iflic xəstələrlə əlaqə yaratmaq üçün istifadə etmək mümkün olacaq.

Maraqli.info

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!