EventsMusiqiTəqdimat

Fikrət Əmirovun yaradıcılığına həsr olunan konsert keçiriləcək

12 aprel 2017-ci il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət kanalının təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyası və Mədəniyyət Kanalının birgə layihəsi olan görkəmli bəstəkar, xalq artisti Fikrət Əmirovun yaradıcılığına həsr olunan konsert keçiriləcək.

Frame.az bildirir ki, konsertdə Azərbaycan xalq artisti Ağaverdi Paşayevın rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək.

Dirijor İlahə Hüseynova. Solistlər Azərbaycan Respublikasının xalq artistləri Ramiz Quliyev (tar) Aygün Bayramova, Samir Cəfərov, Azərbaycan Respublikasının əməkdar artistləri Gülnaz İsmayılova, Lalə Məmmədova, Almaz Orucova, İnarə Babayeva, Ehtiram Hüseynov, Anar Şuşalı və artist Nigar Şabanova. 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!