Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin nəzərinə çatdırır ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinə 50 günün qaldığı ərəfədə Filarmoniya tribunasına olan biletlər artıq tamamilə satılıb.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim biletlərin böyük hissəsinin satıldığını bildirib: “İndiyədək 52 ölkədən bilet alınıb və ümumilikdə biletlərin 70 faizə yaxını satılıb. Satılan biletlərin 78 faizi xarici ölkələrin payına düşür.

Əvvəlki illərdəki ilə müqayisədə bu il Qərbi Avropa ölkələrindən, xüsusən də Böyük Britaniyadan bilet alanların sayında kəskin artım qeydə alınıb.

Həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə biletlərin satış tempində 10 faizlik artım müşahidə olunur. Yaxın günlərdə konsert proqramlarının detalları açıqlandıqdan sonra bilet alışlarının daha da intensivləşəcəyi gözlənilir”.

Qeyd edək ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinə biletlərin satışı hazırdadavam edir. Biletlər yerli sakinlərə orijinal qiymətindən 25 faiz ucuza təklif olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Pilotların gərgin mübarizəsi fonunda baş tutacaq möhtəşəm yarış həftəsonunu qaçırmaq istəməyən əyləncəsevərlər biletləri əməliyyat şirkətinin rəsmi veb-səhifəsindən (https://www.bakucitycircuit.com/az/buy-now)  və paytaxtın müxtəlif məkanlarında yerləşən bilet satış nöqtələrindən əldə edə bilərlər.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: