IdmanƏyləncə

Fillər mənim dostumdur

  • Filüstü polo — polonun Cənubi-Şərgi Asiyada yayılmış filüstü növü.

    Oyunçular topu meydançada atüstü polodakı olduğu kimi bambukdan düzəldilmiş xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlət. Oyun 200 m uzunluğu olan meydançada oynanılır. Oyun vaxtı filin üstündə iki nəfər oturur: oyunçu və fili idarə edən.

    Filüstü polo XX əsrin əvvələrində Asiya səfər edən ingilislərlə oynanılmağa başladı. İdman növü kimi XX əsrin sonlarında formalaşıb. Filüstü polonun ümumdünya assosiyasıyası 1982-ci ildə Nepalın Çitvan Milli Parkında Ceyms Manklark və isveçrəli Cim Edvards tərəfindən yaranmışdı. Əvvəlcə top kimi adi futbol topundan istifadə edilirdi. Ancaq fillərin bu topları əzdiyinə görə, kiçik ölçülü standart polo topundan istifadə edilməyə başlanıldı. Bambuk polo taxtaları da atüstü polodan götürülüb. Taxtaların uzunluğu filin ölçüsündən asılı olaraq 1,8 m-dən 2,7 m-dək fərqlənir. Oyunçular fillərinə xüsusi iplər vasitəsi ilə bağlanılırlar. İplərin açıldığı vaxt oyun müvğəqqəti olaraq dayandırılır. Bəynəlxalq yarışmalarda hər bir komandanın meydançada eyni vaxtda iki (nadir hallarda üç) fili ola bilər.

    1985-ci ildən etibarən filüstü polo üzrə dünya çempionatları keçirilir. Yarışların çoxunu Nepal komandaları qazanıblar. 2007-ci ilin dekabr ayında dünya çempionu Honkonq komandası olub.

    Pərvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!