Fintek, geyminq və ağıllı ev: Kaspersky bu üç istiqamət üzrə startap axtarışındadır

Kaspersky İnnovasiyaMərkəzi (Kaspersky iHub) Open Innovation Program (Açıqİnnovasiya Proqramı) çərçivəsində startap və texnologiya şirkətlərinin beşinci yığımına başlayır.

Bu dəfəki proqram maliyyə texnologiyaları, oyun və ağıllı evlər / IoT (əşyaların interneti) sahəsində B2C həllərinin yaradıcıları üçün nəzərdə tutulub. İştirakçılar öz iş fikirləri barədə mütəxəssis qiymətləndirməsi ala, Kaspersky-nin dünya üzrə tərəfdaş kanalına və müştərilərinə çıxış əldə edə, habelə informasiya təhlükəsizliyi və rəqəmsal gizlilik sahəsində çalışan beynəlxalq bir şirkətlə uzunmüddətli əməkdaşlıq qura biləcəklər. Müraciətlər 2021-ci il ərzində qəbul edilir, proqram haqqında daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: kas.pr/futuresolutions.
Kaspersky İnnovasiya Mərkəzi (Kaspersky iHub) şirkətin inkişaf strategiyasının əsas elementidir. Onun əsas missiyası innovasiyanın insanların gündəlik həyatını yaxşılaşdıracağı bir dünya yaratmaqdır. O, həmçinin məşhurluğunu artırmaq və böyümək imkanı əldə etmək üçün müstəqil layihələrin geniş auditoriyaya çatmasına və Kaspersky-nin tərəfdaş şəbəkələrinə giriş əldə etməsinə kömək edir.

Şirkət perspektivli texnoloji layihələrlə əməkdaşlıq etməyə çalışır və bu istiqaməti gücləndirmək üçün 2019-cu ildə Open Innovation Program Açıq İnnovasiya Proqramı) təşəbbüsünə başlayıb. Bu günə qədər 4 startap yığımı həyata keçirilib. Ümumilikdə, dünyanın hər yerindən 1500-dən çox müraciət təqdim edilib, 57 layihə finala çıxıb, onlardan 18-i üçün pilot layihə həyata keçirilib.

“Rəqəmsallaşma getdikcə gündəlik həyatımıza daha çox daxil olur, daha çox insan maliyyə idarəçiliyini, əyləncə tapmağı və ev işlərinin öhdəsindən gəlməyi daha da rahatlaşdıran texnologiyalara yiyələnir. İştirakçılar üçün pulsuz yığımın məqsədi, istifadəçilər üçün sürətli böyüyən texnoloji məhsullar yaradan tərəfdaşlar tapmaqdır və bu məhsulların verdiyi imkanlar daha çox insana təqdim edilə bilər,” deyə Kaspersky-nin startap proqramlarının rəhbəri Andrey Nikonov bildirib.

“Proqramımızın iştirakçıları öz məhsulları üçün mütəxəssis rəyi əldə edə, pilot layihə çərçivəsində öz biznesini başlada və texnoloji fərziyyələrini yoxlaya, həmçinin Kaspersky müştəriləri üzərindən tələbləri sınaya, potensial investorlar üçün nümayiş günlərində iştirak edə və biznesini Kaspersky ilə birlikdə inkişaf etdirə bilərlər”.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: