EventsIqtisadiyyatMobil dünyaTəqdimatƏn Son

“Fintex Sammit – Maliyyə və Texnologiyalar Sammiti”nin gündəliyi açıqlanıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə mayın 16-17-də Bakıda “Fintex Sammit – Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” adlı sammit keçiriləcək.

Frame.az xəbər verir ki, “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində keçirilən sammit “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafı üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişlənməsi üzrə Dövlət Proqramı”nda rəqəmsal transformasiyanın sürətləndirilməsi və innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi prioritet hədəflərinin icrası çərçivəsində, eləcə də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn əlaqədar vəzifələrin icrası məqsədilə keçirilir.

Sammit 4 paneldən ibarət olmaqla, “Ənənəvi və yeni texnologiyalar: bankçılığın dəyişən siması – fintexlərin rolu”, “Ödəniş ekosistemi: yeni iştirakçılar, yeni həllər”, “Təhlükəsizlik və risklər” və “Vaxtı keçmiş borcların geri alınmasının müasir texnologiyaları” mözvularını əhatə edəcək.

Aidiyyəti dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin iştirak edəcəyi tədbirdə ABŞ, Yaponiya, Çin, Hindistan, Avropa İttifaqı və MDB ölkələrindən 100-dək beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək.

İştirakçılar və spikerlər arasında Avropa Banklar Federasiyası, Rusiya Mərkəzi Bankı, Beynəlxalq Maliyyə Telekommunikasiya Mərkəzi (SWIFT), “Standard Chartered Bank”, “TEB – BNP Paribas” və digər nəhəng banklar, “Visa Inc.”, “MasterCard Worldwide” və “American Express” beynəlxalq kart təşkilatları, eləcə də “Ernst & Young”, “Deloitte”, “Moody’s Investors Service”, “PricewaterhouseCoopers LLP”, “KPMG” “Yandex.Money”, “Türkiyənin “Banklararası Kart Mərkəzi”, “RBK Money”, “QIWI”, “Maliyyə Texnologiyaları Mərkəzi (CFT Qrup)”, “Group-IB”, “Compassplus” və ödəniş ekosistemində təmsil olunan digər nüfuzlu şirkətlərin nümayəndələri yer alacaq.

Həftə çərçivəsində ölkə bankları tərəfindən kiçik və orta biznes subyektləri üçün rəqəmsal maliyyə texnologiyaları haqqında seminarların təşkili, maliyyə və rəqəmsal texnologiyalar istiqamətində çalışan startapların öz ideyalarını banklara təqdim etmələrinə imkan yaradan “Fintex və startaplar üçün açıq qapı günləri”, tələbələrə və şagirdlərə rəqəmsal texnologiyalar və startaplarla əlaqədar açıq dərslərin təşkili, onların informasiya texnologiyaları laboratoriyaları ilə tanış olması, eyni zamanda, bank əməkdaşları üçün innovativ ödəniş texnologiyaların tətbiqinə dair nüfuzlu beynəlxaq təşkilatlar tərəfindən seminarların təşkili və digər tədbirlər nəzərdə tutulub.

Sammitin gündəliyi və digər məlumatlarla bu keçid vasitəsilə tanış olmaq olar: https://www.gbmevents.az/az/event/fintex-sammiti-maliyye-ve-texnologiyalar-sammiti.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!