“Fitch” Beynəlxalq Reytinq Agentliyi AFB Bank-a yüksək reytinq verdi

Frame.az  —- “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi ölkənin aparıcı banklarından olan AFB Bankın reytinqini təsdiqləyib. Mövcud reytinq bankın cari bazar şəraitində güclü mövqeyini əks etdirir.

Bankın uzun müddətli emitentin defoltu reytinqi (EDR) “B” səviyyəsində təsdiq edilib. Bu reytinq ölkədə 100% yerli kapitala malik olan özəl banklar arasında ən yüksək reytinqlərdən biridir.

“Bankımızın reytinqinin belə nüfuzlu agentlik tərəfindən təsdiqlənməsihəyata keçirdiyimiz biznes strategiyanın bazar tələblərinə cavab verdiyini göstərir. “Fitch”-in təsdiq etdiyi reytinq bankın uğurlu maliyyə siyasətinin nəticəsidir və bu müştərilərimizə daha fərqli məhsullar təqdim etməyə və yüksək keyfiyyətli xidmət göstərməyə imkan yaradır”, deyə AFB Bankın İdarə Heyətinin sədri Aydın Hüseynov bildirib.

Xatırladaq ki, “Fitch” beynəlxalq reytinqlərin verilməsi üzrə dünyada lider olan 3 ABŞ şirkətindən biridir.

Qeyd edək ki, AFB Bank Azərbaycanda bu reytinqə malik olan üç bankdan biridir

2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Müştərilərinə bütün növ bank xidmətləri və məhsulları təklif edən “AFB Bank-ın ölkə üzrə ümumilikdə 11 filialı və 5 şöbəsi fəaliyyət göstərir.

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: