FMS models sahibini dəyişir

2005-ci ilin avqustunda model Lyubov Qutorovanın rəhbərlik etdiyi Fashion Models School model agentliyi öz imicini dəyişərək 2014-də FMS models adı kimi tanındı. 2005-ci ildə Fashion Models School təsisçisi, həmin ildə çox məşhur olan Best Model of Azerbaijan 2005 müsabiqəsini təşkil edərək, həmin müsabiqənin prezidenti olmuşdu. Həmin müsabiqənin ilk iştirakçıları, elə həmin il fəaliyyətə başlamış model agentliyinin modelləri oldular. Fashion Models School mükəmməl iş icrası üçün yaranmış tələbləri nəzərə alaraq, qısa müddətdə məşhurluq qazanmış model məktəbini açır.

Şəhərimizin bır sıra modelləri bu məktəbdə təcrübə qazanaraq dünya podiumlarına çıxmışlar. Lyubov Qutorovanın simasında FMS Models model agentliyi bir çox təşkil olunmuş modellik və gözəllik müsabiqələrinin, o cumlədən Best Model of Azerbaijan 2005, 2008, 2010 Miss Azerbaijan 2010 və s. müsabiqələrinin təşkilatçısı olmuşdur.

Agentliyin rəhbəri FMS Models 11 illik fəaliyyəti zamanı bir çox modellik, modelyerlik, gözəllik və sair buna bənzər müsabiqələrdə münsif heyyəti olmuşdu.

FMS Models agentliyi 2005 ci ildən Azərbaycanda modellik biznesində və bir çox sahələrdə öz xidmətləri ilə tanınmış ən öndə gedən bir agentlikdir. Agentliyin modelleri Albino, Tony Ward, Reguiem, Ermano Scervino, Philipp Plein, Renato Balestro, Stephane Rolland, Qalit Levi, Yildirim Mayruk, Jordi Dalmau və bir çox digər tanınmış dizaynerlərin nümayişlərində iştirak ediblər.

2015 ci ildə FMS Models defile təşkil edib, bir çox qonaqları dəvət etməklə özünün on illik yubileyini təşkil etmişdir. Eyni zamanda agentliyin sahibi uzaq gələcəyə dair planlar qururdu.

Lyubov Qutorova deyir: Agentlik öz funksiyasını uğurla yerinə yetirəndə məndə Azərbaycan dizaynerləri ilə işləmək üçün layihələr təşkil etmək planı ideyası yarandı. Sirr deyil ki, bu istiqamət demək olar ki bizim respublikanın moda bazarını axsadır. Və beləliklə 2014-cü ildə Azərbaycanda bir neçə Baku fashion night dizaynerlərinin iştirakı ilə ilk layihə həyata keçirildi. Tədbiri FMS Models baş sponsor olaraq Exelsior Hotelin tərəfdaşlığı ilə həyata keçirdi.

Bu layihə yerli dizaynerlərin dəstəyi, eyni zamanda moda auditoriyası üçün maraqlananlar üçün yaradılmışdı. O vaxtdan bəri bu layihələr hər mövsüm iki dəfə həyata keçirilir. Və budur artıq 5 mövsüm keçib və hər sezonda daha çox yeni dizaynerlər meydana gəlir. Amma dizaynerlik layihələri altında modelyerlik biznesinə olan marağım azaldı.   Meni artıq başqa horizontlar maraqlandırır . Ona görə də mənim istəyim vaxtımı mənim üçün maraqlı olan şeylərə həsr etməkdir. Əlbəttə ki, mən FMS Modelsin prezidenti və yaradıcısı kimi qalıram və mənə agentliyin tədbirlərində bir qonaq kimi iştirak etmək xoş olacaq, amma butun işlərin idarəsi yeni sahibinə keçir və mən onlara uğurlar arzu edirəm.

FMS Models üçün tarixinin yeni dövrü başlıyır və onun əvəzedilməz sahibkarı Lyubov Qutorova öz işini başqa əllərə, fashion model school-un yeni rəhbəri Big Mas holdingin prezidenti Araz Mirzəyevə həvalə edir.

FMS Models-in beauty partnyoru isə Rive Gauche gözəllik mərkəzidir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: