Forbesin 58-ci milyonçusu

Anna Kurnikova — Dünyaca məşhur tennisçi və fotomodel

1981-ci il, iyunun 7-də Moskvada idmançı ailəsində anadan olub. Annanın atası Sergey – peşəkar güləşçi, anası Alla tennis məşqçisi olub.

Tennislə ciddi şəkildə beş yaşından məşğul olmağa başlayıb. 10 yaşında ona Amerikadakı məşhur Nika Boletyeri tennis akademiyasına gəlmək təklif olunub və o bunu qəbul edib.

14 yaşında dünya gənclər reytinqinin 1 nömrəli tennisçisi adını qazanan Kurnikovanın uğurları bununla bitməyib.

16 WTA turniri qazanan Anna 2001-ci ildə sol ayağından zədə alır.

Bir il sonra kortlara dönən Kurnikova məşhur tennisçi Martina Hingislə birlikdə cütlüklərdə ikinci “Böyük Şlem” turnirini qazanır.

2003-cü ildə zədəsini təzələyən Anna, 2003-cü ilin mayında karyerasını bitirir.

Anna çox gənc yaşlarından dünya fotoqraflarının diqqətini cəlb edir. 1998-ci ildə məşhur “People” jurnalının sorğusunda dünyanın 50 ən gözəl insanı adını qazanan Anna, 2000, 2002, 2003-cü illərdə də eyni nəticəni təkrarlayır. Anna Adidas, Berlei, Yonex, Omega kimi tanınmış firmaların reklam agenti olur.

Onun reklam gəlirləri tennisdən əldə etdiyi gəlirləri dəfələrlə üstələyib.

2000-ci ildə “Forbes” jurnalının siyahısında 58-ci pillədə qərarlaşan Kurnikova hazırda məşhur müğənni Enrike İqlesiasla nişanlıdır. Onlarla kişi və qadın jurnalları üçün şəkilllər çəkdirən Anna bir neçə dəfə planetin ən çox istənilən qadını seçilib. 2014-cü ildə onların ayrıldığı haqda mediada xəbərlər yayılmışdır.

Pərvin Bayramov

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: