Formula 1 avtomobillərində inqilabi yeniliklər edilib

Formula 1 yarışlarının rəhbərliyi Ostin şəhərində (Texas) keçirilmiş mətbuat konfransında jurnalistlərə yeni bolid modelini nümayiş etdirib.

Frame.az xəbər verir ki, 2021-ci ildən qüvvəyə minməli olan yeni texniki reqlamentə müvafiq olaraq konstruksiya edilmiş bu model aerodinamik boruda “üfürülüb doldurulmaq” üçün istifadə ediləcək. Əvvəlki versiya ilə müqayisədə bu modeldə qabaq tərəfdəki qanad hissəsi dəyişib: onun köndələn plastinləri böyüdülüb.

Formula 1 üzrə yeni texniki qaydalar Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Ümumdünya Şurası tərəfindən təsdiq edilib. Bu avtomobilləri idarə edən pilotlar rəqiblərini təqib etməkdə çətinlik çəkməyəcək, onlardan arxa tərəfdə olarkən sıxma qüvvəsini itirməli olmayacaqlar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: