Formula 1 Azərbaycan Qran Prisi 2020 ilə bağlı keçirilən məqalə müsabiqəsinin müddəti uzadılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) “Formula 1 Dünya Çempionatının 70 illiyi” və “Formula 1 Azərbaycan Qran Prisinin 5 illiyi” münasibətilə keçirilən məqalə müsabiqəsinin müddəti 31 yanvaradək uzadılıb. Bunda məqsəd, artan marağı nəzərə alaraq müsabiqədə daha çox şəxsin iştirakını təmin etməkdir.

Müsabiqəyə qatılmaq istəyənlər hazırladığı məqalələri elektron formada media@bakugp.aze-mail ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər.

Bundan başqa, əməliyyat şirkəti rəqabət imkanlarını daha da genişləndirmək məqsədilə müsabiqənin qaydalarına müəyyən dəyişikliklər edib. Çap və onlayn medianı əhatə edən bu müsabiqə artıq aşağıdakı qaydalarla tənzimlənəcək:

Müsabiqəyə yalnız yerli çap və ya onlayn mediada müsabiqə elanından sonra yayımlanmış məqalələr təqdim oluna bilər.

Məqalə Formula 1 Azərbaycan Qran Prisi ilə birbaşa əlaqədar olmalıdır.

Məqalə Azərbaycan və ya Rus dilində olmalıdır.

Məqalənin uzunluğu 500-1000 söz aralığında olmalıdır.

Məqalədə video, foto və ya infoqrafika kimi müxtəlif vizual elementlərə yer verilməsi üstünlükdür.

Məqalə orijinal olmalıdır, faktlara əsaslanmalıdır, plagiatlığa qəti şəkildə yol verilmir və istifadə olunmuş məlumatların ilkin mənbəsi göstərilməlidir.

Məqalə onlayn mediada yayımlanıbsa həmin səhifənin linki, çap mediasında dərc olunubsa həmin səhifənin elektron surəti ilə birlikdə müsabiqəyə təqdim olunmalıdır.

Bu kateqoriya üzrə bir qalib seçiləcək. İlk üçlükdə yer alan məqalələrin müəllifləri mükafatlandırılacaqlar.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: