Formula 1 Azərbaycan Qran Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulunun vaxtı uzadılıb

Böyük məmnuniyyətlə diqqətinizə çatdırmaq istərdik ki, bu il 26-28 aprel tarixlərində 4-cü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu uzadılıb və bu proses martın 5-i saat 17:00-dək davam edəcək. Sənəd qəbulunun uzadılmasına səbəb yeni müqavilədən sonra yerli jurnalistlər tərəfindən builki yarışa böyük diqqət göstərilməsi olub. Əməliyyat şirkəti olaraq biz daima çalışırıq ki, Azərbaycan Qran Prisinə maraq göstərən və rəsmi tələblərə cavab verən hər bir yerli media nümayəndəsi yarış həyəcanından kənarda qalmasın.

Qeyd edək ki, Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2019 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və  Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Akkreditasiya prosesi ilə bağlı ətraflı məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya accreditation@bakugp.az elektron poçt ünvanına yaza bilərlər.

Hörmətlə,

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: