Formula-1 Azərbaycan Qran-Prisinə 57 fərqli ölkədən bilet alınıb

Formula-1 Azərbaycan Qran-Prisinə 57 fərqli ölkədən bilet alınıb. Bu il ölkəmizdə təşkil olunacaq Formula-1 yarışına biletlər ötən ilə nisbətən daha sürətlə satılır. Artıq bəzi tribunalara olan biletlər qurtarıb.

Frame.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya direktoru Bülent Özərdim deyib.

O qeyd edib ki, bilet alan ölkələr arasında ilk beşlikdə Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. Bilet alan ölkələrin sayı keçən illə müqayisədə çoxdur. Hədəfimiz odur ki, belə ölkələrin sayını ötən ilə nisbətdə ikiqat artıraq. Gələn ay ərzində bu hədəfə çatmağı planlaşdırırıq.

B.Özərdim bu il Azərbaycan Qran-Prisində 30 min tamaşaçının olmasını gözlədiklərini vurğulayıb: “Keçən ilə nisbətən bu il izləyicilərin sayı daha çox olacaq. Hazırkı göstəricilərə görə, tamaşaçıların 56 faizini əcnəbilər təşkil edir. Yarışa dörd həftə qalmış Filarmoniya bağının yaxınlığındakı tribunaya biletlər tamamilə satılıb. İçərişəhərdəki tribunaların biletləri də çox az qalıb. Bu il iki yeni ayaqüstü zona da əlavə edilib. Bunlar Sahil və Sabir parklarıdır”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: