Formula 1 Azərbaycan Qran-Prisinin paddok ərazisində tikinti işləri davam edir

Formula 1 Azərbaycan Qran-Prisinin paddok ərazisində tikinti işləri davam edir. Hazırlıq plana uyğun gedir və tikinti işləri yarış başlayanadək yekunlaşacaq.

Frame.az xəbər verir ki, bu sözləri yanvarın 10-da “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə müsahibəsində deyib.

Avstraliyalı mütəxəssis bildirib: “Əlimizdən gələni edəcəyik ki, builki yarış da baxımlı və maraqlı keçsin. Fevralın 1-dən trekin ətrafında olan təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlayacağıq. Üç həftə sonra isə baryerlərin üzərində şəbəkələr qurulacaq. Martın 1-dən isə tribunaların hazırlanmasına start veriləcək. Trekdə və onun ətrafında hər hansı bir dəyişiklik olmayacaq. Əsas məqsədimiz tamaşaçıların yarışa böyük həvəslə qatılmasıdır. Bu il keçiriləcək yarışın da mövsümün ən yaxşısı seçilməsi üçün var gücümüzlə çalışırıq”.

Plana əsasən, tikiləcək pit binası və qarajların yarışdan sonra saxlanacağını diqqətə çatdıran T.Butçer gələn il təşkil olunacaq Azərbaycan Qran-Prisi üçün infrastrukturun hazır olacağını diqqətə çatdırıb.

Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: