Baku City CircuitFormula 1

Formula-1 Azərbaycan Qran-Prisinə dəstək məqsədilə kartinq yarışı keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) Formula-1 Azərbaycan Qran-Prisinə dəstək məqsədilə partiyanın Bakı və Sumqayıt şəhər, Abşeron rayon təşkilatlarının gənclər birlikləri arasında kartinq yarışı keçirib.

Birlikdən bildiriblər ki, YAP GB-nin sədri Seymur Orucov tədbirdə çıxış edərək avtoidman həvəskarlarının bu il də Bakıda möhtəşəm yarış həyəcanını yaşayacaqlarını diqqətə çatdırıb. O, Formula-1 üzrə builki dünya çempionatının səkkizinci mərhələsi olan Azərbaycan Qran-Prisinin özünəməxsusluğu ilə seçildiyini söyləyib. Qeyd edib ki, mötəbər yarış zamanı Azərbaycan paytaxtının ecazkar mənzərəsi, o cümlədən möhtəşəm Dənizkənarı Milli Park, UNESCO-nun ümumdünya irs siyahısına daxil edilən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, qədim qala divarları bütün dünyaya nümayiş olunacaq. Məhz bu üç gün ərzində Formula-1 yarışlarının 500 milyondan çox televiziya tamaşaçısının diqqəti Bakıya yönələcək.

Sonra yarışa start verilib.

Sonda qaliblər kubok və diplomlarla təltif ediliblər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!