Baku City CircuitFormula 1

Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq məqsədilə baryerlərin quraşdırılması davam edir

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti gələn il aprelin 27-29-da keçiriləcək növbəti Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerləri quraşdırmağa davam edir.

BŞH-dən bildiriblər ki, hazırki mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur. Şəhər sakinlərindən gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamamaq, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etmək xahiş olunur.

Əməliyyat Şirkəti hamını yeni mövsümdə yenidən “İlin ən yaxşı yarışı” adına layiq bir Qran-Priyə ev sahibliyi etmək üçün birgə səy göstərməyə və üzləşən çətinlikləri anlayışla qarşılamağa çağırır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!