Baku City CircuitFormula 1Idman

Formula 1 Azərbaycan Qran-Prisinin biletlərinin ilkin endirimli qiyməti açıqlanıb

2019-cu ildə Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin bilet satışına oktyabrın 16-da start verilib. Formula 1 azarkeşləri biletləri cari ilin sonunadək 20 faizədək endirimlə Bakının 13 satış məntəqəsində əldə edə bilərlər.

Frame.az xəbər verir ki, ilkin endirim kampaniyası müddətində yerli sakinlər üçün təqdim olunan dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq, 190-660 manat arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 130-470 manatdır.

Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 80-160 manat təşkil edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!