Baku City CircuitFormula 1

“Formula-1” Azərbaycan Qran-Prisinin könüllülərinə “İlkin tibbi yardım” təlimi keçirilib

Respublika Müalicəvi Diaqnostika Mərkəzində Azərbaycan Tibb Universitetinin 150-dən çox könüllüsü “İlkin tibbi yardım” mövzusunda nəzəri və praktik təlimdə iştirak edib. Onlar iyunun 23-dən 25-dək paytaxtın mərkəzi küçələrində keçirilən “Formula-1” Azərbaycan Qran-Prisində tamaşaçılara ilkin tibbi yardımın göstərəcəklər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən xəbər veriblər ki, təlimdə ilkin müayinə, ürək masajı, süni tənəffüs, qanaxmanın idarə olunması, sarğıların qoyulması, yanıqların müalicəsi kimi bir sıra mövzular barədə məlumat verilib. İştirakçılar ilkin tibbi yardımın göstərilməsinə dair praktiki məşğələlərə də cəlb olunublar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!