Baku City CircuitFormula 1

Formula-1 Azərbaycan Qran-Prisinin sıralanma turu başlayıb

İyunun 24-də saat 17:00-da Formula-1 Azərbaycan Qran-Prisinin sıralanma turu başlayıb.

Frame.az xəbər verir ki, yürüşə 10 komanda qatılıb.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Felipe Massa və Lans Stroll yarışırlar. “Red Bull Racing” komandasında Daniel Rikkiardo, Maks Ferstappen, “Force India”da Eseteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hulkenberq mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Daniil Kvayt və Karlos Sainz, “Sauber”də Markus Erikson, Antonio Giovinnazzi, Paskal Verleyn, “McLaren”də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar.

İyunun 25-də Formula-1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!