Baku City CircuitFormula 1IdmanƏyləncə

Formula 1 azarkeşləri Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı barədə məlumatlandırılır

Azərbaycan Milli Olimpiya Komitəsinin və Avropa Gənclərinin Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin dəstəyi ilə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin Əyləncə zonasında xüsusi pavilyon yaradılıb.

Frame.az xəbər verir ki, burada Azərbaycanın, eləcə də festivalda iştirak edəcək ölkələrin mədəniyyəti təbliğ olunur.

Aprelin 25-də fəaliyyətə başlayan pavilyonda 193 nömrəli məktəbin şagirdlərinin dəstəyi ilə kinolardan qısa tamaşalar nümayiş etdirilir. Azərbaycan ilə yanaşı, Fransa, İngiltərə və İspaniya mədəniyyətinin nümunələri də şagirdlər tərəfindən təqdim edilir.

Pavilyona gələn turistlərə Bakıda keçiriləcək festival haqqında məlumat verildiyini diqqətə çatdıran MOK-un marketinq şöbəsinin müdiri Mehman Kərimov bildirib ki, ölkəmizə gələn qonaqlar pavilyonla yaxından maraqlanırlar. Pavilyon iyulun 21-28-də Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalı çərçivəsində “Olimpiya mədəniyyəti və təhsil” proqramının təşəbbüsü çərçivəsində təşkil olunub. “Olimpiya mədəniyyəti və təhsil” proqramı Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Milli Olimpiya Komitəsi təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsi, həmçinin Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə reallaşdırılır.

Qeyd edək ki, 50 ölkədən 3600-dək idmançının və heyət üzvünün qatılacağı festival idmanın on növü üzrə keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!