Formula 1 Belçika Qran-Prisi azarkeşsiz keçirilə bilər

Avqustun 30-na planlaşdırılan Formula 1 Belçika Qran-Prisi təşkil olunmaya bilər. Yürüşün keçirilməsinə 4 ay qalmasına baxmayaraq, Qran-Prinin taleyi ilə bağlı müəyyən suallar yaranıb.

Frame.az xarici KİV-lərə istinadla xəbər verir ki, Belçika hökuməti koronavirus pandemiyasına görə, karantin rejiminin vaxtını uzadıb. Həmçinin avqustun 31-dək ölkədə təşkil ediləcək bütün idman yarışları qadağan edilib. Belə olan halda yarışın azarkeşsiz keçirilməsi gündəmə gəlib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının yeni mövsümünün startı gecikir. Belə ki, artıq Avstraliya və Monako Qran-Priləri ləğv olunub. Azərbaycan da daxil olmaqla, Vyetnam, Bəhreyn, Çin, İspaniya, Niderland və Kanada mərhələləri qeyri-müəyyən vaxta təxirə salınıb. Fransa Qran-Prisinin keçirilməsi isə sual altındadır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: