Formula 1-də standart tormozlara keçidi təxirə salıblar

Beynəlxalq Avtomobil Federasiyasından (FIA) bildiriblər ki, 2021-ci ilə planlaşdırılan tormoz sistemlərinin vahid tədarükçüsünə keçid daha gec müddətə təxirə salınıb.

Frame.az xəbər verir ki, federasiya kənar istehsalçıdan vahid nümunədə tormozların çempionatda istifadəsinin komandaların xərcini azaltmağa kömək edəcəyinə ümidvardır. FIA-da belə tədarükçünün İtaliyanın “Brembo” şirkəti ola biləcəyinə meyilli idilər. Lakin bu gün dərc olunan bəyanatda bildirilir ki, 2021-ci ildə – Formula 1 yürüşlərində yeni reqlament qüvvəyə minən zaman tormozların vahid tədarükçüsü əvvəlki kimi mövcud olmayacaq.

FIA-da bunu onunla izah ediblər ki, yeni reqlamentə uyğun quraşdırılan bolidlərin reallıqda necə mövcud olacağı barədə hələ dəqiq anlayış yoxdur. Federasiyada onu da əlavə ediblər ki, 2021-ci il mövsümün gedişində tormozlara yeni tələbatlar bəlli olacaq. Bundan sonra isə tormozların vahid tədarükçüsünə keçid məsələsi yenidən gündəmdə ola bilər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: