Baku City CircuitFormula 1Idman

Formula 1-də 2021-ci ildən başlanacaq qlobal dəyişikliklər hələ ki, təsdiqlənməyib

Londonda “Liberty Media” ilə Formula 1-in bütün 10 komandasının nümayəndələri arasında irimiqyaslı görüş başa çatıb.

Frame.az “RaceFans” saytına istinadla xəbər verir ki, görüşün yekunlarına görə, 2021-ci ildən tətbiq olunacağı planlaşdırılan idman və texniki reqlament dəyişiklikləri barədə çempionatın rəhbərliyi və iştirakçıları tam razılığa gələ bilməyiblər. Bununla yanaşı, ümumilikdə görüş iştirakçılarının “Liberty Media”nın təklifindən razı qaldıqları bildirilir.

Görüş çərçivəsində Strateji qrupun (bütün komandaların iştirakı ilə), həmçinin tras və sponsor təmsilçiləri ilə birgə Formula 1 komissiyasının təqdimatı keçirilib. Qlobal məsələlərlə bağlı səsvermə təşkil olunmayıb. Lakin bu cür görüşlərin iyun ayınadək keçirilməsi planlaşdırılıb. Məhz bu müddətə 2021-ci il mövsümü üçün yekun reqlament işlənib hazırlanmalıdır.

Görüşün yekunlarından biri də Formula 1 tərəfindən “Mercedes” və “Ferrari” komandalarına bir sıra kiçik güzəştlərin edilməsi olub. Bundan başqa, gələn mövsümün reqlamentinə edilən bəzi dəyişikliklər bəyənilib. Bu dəyişikliklər Beynəlxalq Avtomobil Federasiyasının Dünya Şurasında təsdiqlənəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!