Baku City CircuitFormula 1Idman

Formula 1-də 30 ildən sonra daha bir Şumaxer debüt edəcək

Formula 1 həvəskarları həftəsonu yeni mövsümün startını səbirsizliklə gözləyir. Bəhreyn Qran-Prisi komandaların mövsümə necə hazırlaşdıqlarının müəyyən mənada göstəricisi olacaq. Amma Sahir trasındakı yarış əlamətdar hadisə ilə yadda qalacaq. 30 ildən sonra Formula 1-də daha bir Şumaxer debüt edəcək.

1991-ci ildə Belçikanın Spa trasında Mixael böyük yolun başlanğıcında ilk addımını atmışdısa, bu dəfə estafeti onun oğlu Mik Şumaxer davam etdirəcək.

Formula 1-də “Haas” komandası ilə debüt edəcək 22 yaşlı pilot deyib: “Formula 1-də debüt edəcəyimi dərk edirəmmi? Əlbəttə! Buna görə çox sevinirəm və Bəhreyn Qran-Prisinin startını səbirsizliklə gözləyirəm. Bu haqda fikirləşdikcə, atamı yada salıram. 30 il əvvəl o, Formula 1-də debüt etmişdi, bu dəfə estafeti mən qəbul edirəm. Formula 1 ailəsinin bir üzvünə çevrildiyimə görə çox şadam. Əla bir komandanın heyətində öz potensialımı nümayiş etdirmək istəyirəm. Burada mən çox şey öyrənəcəyəm. Formula 1 sayəsində təkcə yaxşı bir pilot yox, həm də gözəl bir insan olmaq istəyirəm”.

Xatırladaq ki, Mik Şumaxerlə yanaşı, “Haas” komandasında rusiyalı Nikita Mazepin də Formula 1-də debüt mövsümünü keçirəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!