Formula 1 gəlirli olmasa, “Mercedes” layihəni tərk edəcək

“Daymler” konserninin rəhbərliyinə dəyişikliklər “Mercedes” komandasının Formula 1-dən getməsinə gətirib çıxara bilər.

Frame.az xəbər verir ki, son bir neçə ildə konsernə Formula 1-ə böyük maraq göstərən Diter Tsetşe başçılıq edib. Onu bu vəzifədə əvəzləyən Ole Kallenius şirkətin işlərinə daha praqmatik yanaşır, Formula 1-ə isə xüsusi maraq göstərmir.

Məsələn, Kallenius daxili yanma mühərriklərinin inkişafı seqmentini kiçiltməklə, konsernin səylərini elektrik mühərriklərinin inkişafı üzərində cəmləşdirmək niyyətindədir. “Mercedes” ötən il DMT-nin turinq seriyasında təmsil olunmayıb, amma Formula E-yə qatılıb ki, bu da “Daymler”in kursunun dəyişdiyini təsdiq edib.

Hazırda “Mercedes” Formula 1-ə təqribən 400 milyon avro xərc çəkir. Bilavasitə “Daymler”in marketinq və reklama töhfəsi yetərincə sanballıdır. Şayiələrə görə, şirkətdə işarə ediblər ki, zavod komandasının Formula 1-də qalması gəlir gətirməlidir, əks halda onun çempionatda iştirakına xitam verilə bilər. “Mercedes”in avtomobil idmanı bölməsinin icraçı direktoru Toto Volf isə nəzərə çatdırıb ki, onun prioriteti zavod komandasını saxlamaqdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: