Baku City CircuitFormula 1

Formula-1 “grid-girls”lərin xidmətlərindən imtina edib

Bir neçə il bundan əvvəl WEC seriyası təşkilatçıları start meydançasına bayraq və iştirakçıların nömrələri yazılmış lövhələrlə çıxan qızlardan imtina etmişdilər. İndi Formula-1 təşkilatçıları onların bu praktikasının davamçısı olacaq.

Frame.az “F1News.ru”ya istinadla xəbər verir ki, 2018-ci il mövsümündən başlayaraq, yarışların start meydançasında, həmçinin Qran-Pri çərçivəsində keçirilən dəstək yarışlarında model görünüşlü qızlar daha görünməyəcək.

Formula-1 yarışlarının kommersiya direktoru Şon Bratçes deyib: “Biz son illər ərzində yenilənməyə ehtiyacı olan bəzi məsələləri nəzərdən keçirdik. “Grid-girls”lərin xidmətlərindən istifadə praktikası artıq on illərdir ki, Formula-1 yarışlarında tətbiq olunur. Lakin hiss edirik ki, bu ənənə bizim brendə və müasir sosial normalara uyğun gəlmir. Biz hesab etmirik ki, bu praktika Formula-1 yarışları üçün münasib və dünyanın hər yerindən olan həm yeni, həm də köhnə azarkeşlərin ürəyincə olacaq”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!