Baku City CircuitFormula 1Idman

“Formula 1”-in gəliri 1 ilə 50 faiz artıb

İndiyə qədər 4 dəfə Azərbaycanda keçirilən Formula 1 yarışları ilə bağlı bəzi statistik məlumatlar açıqlanıb.

Bu barədə Frame.az-a “Bakı Şəhər Halqası”ndan məlumat verilib.

Bildirilib ki, Formula 1 yarışlarının keçirilməsinə dair müqavilənin 2023-cü ilədək uzadılması, yeni yaranmış maliyyə imkanları və xüsusən bu müddət ərzində 50 milyon dollaradək vəsaitin qənaət olunmasıdır: “2019-cu ildə Azərbaycan Qran Prisini 90,2 milyon televiziya tamaşaçısı canlı izləyib və bir əvvəlki illə müqayisədə bu göstərici üzrə 10 faizlik artım qeydə alınıb. 2019 Azərbaycan Qran Prisi haqqında 37 mindən çox xəbər/məqalə yayımlanıb. Bunun ümumi media dəyəri 131 milyon dollar təşkil edib. Ümumilikdə 307 milyon nəfər bu və ya digər şəkildə Bakı yarışı haqqında məlumat əldə edib. Həmçinin, 2019 Azərbaycan Qran Prisi beynəlxalq məsləhətçilər olmadan birbaşa öz təcrübəmizlə keçirdiyimiz ilk Formula 1 yarışıdır.  Bu xüsusda ümumilikdə 2019 Azərbaycan Qran Prisinin təşkilatçılığında 13 mindən çox işçi qüvvəsi iştirak edib. 2019 Azərbaycan Qran Prisində yer almaq üçün xaricdən 500-dən çox marşal müraciət etmişdi. Bunların içərisindən 100 nəfər seçilib və bu marşallar ümumilikdə 30 ölkəni təmsil edib. Ümumi marşal sayı 1500 nəfər təşkil edib. 2019 Azərbaycan Qran Prisi Bakıda indiyədək keçirilmiş F1 yarışları arasında kommersiya baxımından ən uğurlusu olub. 2018-ci illə müqayisədə 2019-cu ildəki yarışın gəlirliliyi 50 faiz daha çox olub”.

Bildirilib ki, yeni müqaviləyə əsasən Formula 1 şirkəti 2019-cu ildən etibarən bəzi kommersiya hüquqlarını artıq Bakı təşkilatçısına verib:

“SOCAR 2019-cu ildəki yarışın titul sponsoru oldu və bundan başqa Bakcell, Eurodesign və AZAL/Silkway şirkətləri yarışın və yarışdan sonra keçirilən konsert proqramlarının tərəfdaşları/sponsorları oldular.

Gələn il Formula 1-in 70 illiyi, bizimsə 5 illiyimizdir. Bu çərçivədə bir sıra tədbirlər keçirməyi nəzərdə tutmuşuq”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!