Formula 1-in idman direktoru Ross Braun Bakı yürüşünün yekunlarından bəhs edib

Çempionatın rəsmi saytında Formula 1-in idman direktoru Ross Braunun Bakı yürüşünün yekunları barədə fikirləri yer alıb.

Frame.az F1News.ru saytına istinadla xəbər verir ki, Ross Braun deyib: “Bundan əvvəl dörd yürüşdə dörd qələbə dubluna nail olmaq heç bir komandaya qismət olmamışdı. Mən “Mercedes”i təbrik edirəm. Bu, bir daha göstərdi ki, onlar arxayınlaşmır və qələbədən sonra eyforiya keçirmirlər. Artıq iki qələbə qazanmış və çempionatda liderlik edən Valtteri Bottas öz işinin öhdəsindən məharətlə gəldi”. Onun sürəti artırmaq və extraordinar Luis Hamiltonla mübarizə aparmaq üçün imkanları var idi. Mən pilotların Hamilton kimi böyük çempionla bir komandada çıxış etməsinin nə qədər çətin olduğunu yaxşı bilirəm, çünki Luis indiyədək gördüyümüz ən yaxşı yürüşçüdür. Bunun mənfi təsiri ola bilər və digər pilotu öz imkanlarından aşağı səviyyədə çıxış etməyə vadar edər. Bu cür mürəkkəb vəziyyətdən çıxmaq çətindir, bunun üçün öz üzərində, həm də psixoloji cəhətdən yaxşı işləməlisən və Valtteri bunun öhdəsindən gələ bildi. Bu uğurların Luisin həmişə mükəmməl olduğu təsnifatlarda qazanılması ikiqat əlamətdardır.

Azarkeşlər ikinci dəfə ard-arda Şarl Lekleri “günün pilotu” elan etdilər. Lakin Bəhreyndə olduğu kimi, gənc pilot maddi mükafat qazanmağı üstün tutardı. Səkkizinci dairədə qəza törətməsi Şarla baha başa gəldi, azarkeşlərin münasibəti isə onun üçün ən azı podiuma qalxmalı olduğu uik-endin sonunda zəif təsəlli oldu.

Braun daha sonra qeyd edib: “Təsnifatın ikinci hissəsində trasa Medium şinlərlə çıxmaq düzgün qərar idi, cümə günü aydın oldu ki, uzun məsafələrdə yumşaq şinlərlə “Mercedes”in maşınları daha sürətli olur. Əgər təsnifatın finalında Şarl onları qabaqlaya bilsəydi, onda pilot uzun məsafəni Medium şinlərlə qət edə bilər və qələbə qazanmaq imkanı olardı. Təəssüf ki, hər şey onun üçün çətin oldu, bu il üçüncü dəfə Şarl finişə beşinci çatdı. Əlavə dairə üçün daha bir xal almağın onun sevincinə səbəb olacağına əmin deyiləm, lakin o, bu yürüşdə ən yüksək yerlər uğrunda mübarizə aparmağa qadir olduğunu bir daha göstərdi.

“Racing Point” komandasının uğur qazanmasında təəccüblü heç nə yoxdur. Serxio Peres Bakıda həmişə yaxşı çıxış edir, o, burada iki dəfə podiuma qalxıb. Hərçənd bu dəfə finişə altıncı çatsa da, o yürüşü əla keçirdi və “qalanların arasında” ən yaxşısı oldu.

Formula 1-in idman direktoru əlavə edib: “Onun tərəfdaşı Lens Stroll Bakıda keçirilən hər üç yürüşdə xallar qazanıb, 2017-ci ildə isə burada podiuma qalxıb. Bu komanda böyük hörmətə layiqdir, onun üzvləri 2019-cu ildə bir daha göstərdilər ki, sizin güc sərf etməniz deyil, onu nəyə sərf etdiyiniz mühümdür. İndi komandanın maliyyə əsasları daha möhkəmdir, lakin infrastruktur əvvəlki kimi qalıb. Bunlar həmi insanlardır ki, ötən illərdə bizi təəccübləndirə biliblər. Onlar indi də öz işinin öhdəsindən yaxşı gəlir, tez-tez özlərindən daha böyük ştat vahidləri olan komandaları – “Renault” və “McLaren”i üstələyirlər.

“Renault” üçün mövsüm mürəkkəb alınır. Ötən il onlar mövsümü dördüncü yerdə başa vurdular və liderlərin üçlüyü ilə məsafəni azaldaraq daha yaxşı nəticələr əldə edəcəklərinə ümid edirdilər. Lakin dörd yürüşdən sonra onların ciddi səhvləri var idi və cəmi iki yeddinci nəticə əldə ediblər. Bu komanda təkcə “Ferrari” motoru ilə yürüşə çıxan “Alfa Romeo”dan deyil, həm də “Mercedes” motorlu “Racig Point” və “Renault”un özünün güc qurğusu ilə trassa çıxan “McLaren”dən də geridə qalırlar. Komandanın hər iki pilotu maşında özlərini inamlı hiss etmir, bu, xüsusilə Daniel Rikkardoya aiddir. Mən bu komandada bir çoxlarını tanıyıram, onlar gərgin çalışır və geriləməni aradan qaldırmaq istəyirlər. Bunun baş verməsi isə orta qrupdakı komandaların mübarizəsinin daha gərgin və maraqlı olacağı ilə nəticələnəcək”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: