Baku City CircuitFormula 1

Formula 1-in idman reqlamentində dəyişikliklər edilib

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1-in idman reqlamentinə dəyişikliklər edib. Kanada Qran-Prisində qüvvəyə minəcək dəyişikliklərə görə, pilotlar yürüşdən əvvəl start meydanında daha çox vaxt keçirməlidirlər.

Frame.az xəbər verir ki, hazırda pilotlar yalnız milli himni dinləmə prosedurunda iştirak etmək üçün meydana çıxırlar ki, bu da jurnalistlərin startqabağı operativ xəbərlər yaymasına mane olur.

Hazırda pit-peyni hazırlıq dövrəsinin başlanmasından 20 dəqiqə əvvəl bağlayırlar. Monreal yürüşündən başlayaraq isə yarım saat əvvəl bağlayacaqlar. Beləliklə, pilotlar start meydanında 10 dəqiqə artıq vaxt keçirəcəklər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!