Baku City CircuitFormula 1Idman

Formula 1-in yeni reqlamenti oktyabrda təsdiq edilə bilər

Formula 1 rəhbərliyi və komandalar praktik olaraq, yeni reqlamentin dərc olunma müddəti barədə razılığa gəliblər.

Frame.az xəbər verir ki, idman kodeksinə müvafiq olaraq, yeni reqlament qüvvəyə minməzdən ən azı yarım il əvvəl, yəni bu ilin iyununda ictimaiyyətin müzakirəsinə verilməlidir. Lakin əksəriyyətin fikrincə, bu, ona gətirib çıxaracaq ki, maliyyə baxımından daha yaxşı təmin olunan komandalar kiçik komandaları daha çox geridə qoyacaqlar. Çünki onlar yeni maşının inkişafı üzərində işlərə daha tez başlayacaqlar.

Bununla bağlı çempionat iştirakçıları praktik olaraq, reqlamenti oktyabradək tamamilə razılaşdırmaq barədə qərara gəliblər.

“Yəqin ki, dekabr ayı yaxşı variant ola bilərdi. Lakin kiçik komandalar bu tarixə etiraz etdilər. Çünki onlar vəsaitlərin bölüşdürülməsini çatdırmayacaqlarından ehtiyat edirdilər. Oktyabr ilin sonu və iyun arasında səmərəli kompromis oldu və biz bununla razılaşdıq. Fikrimcə, bu tarix bütün komandaların dəstəyini alacaq. Yalnız “Renault”da müqavimət göstərdilər, lakin yekunda onlar da razılaşdılar. Mən bilmirəm ki, bu cür razılaşmanı kim qəbul etməzdi”, – deyə “Motosport” “Red Bull Racing” komandasının rəhbəri Kristian Xornerdən sitat gətirir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!