Formula 1 İspaniya Qran-Prisinə biletlər fəal şəkildə satılır

Keçən il Formula 1 İspaniya Qran-Prisi tamaşaçısız keçirilib, amma vəziyyət dəyişir.

Frame.az xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda İspaniya Qran-Prisinə biletlər fəal şəkildə satılır və bu həftə onları yarı qiymətə almaq olar.

Bilet alarkən sistem avtomatik olaraq bitişik oturacaqları bloklayacaq ki, izləyicilər sosial məsafə saxlaya bilsinlər. Bütün biletlər fərdi olacaq və avtodromun girişində azarkeşlər şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər.

Avtodrom beş zonaya bölünəcək ki, hər sektordakı tamaşaçı sayının 3 min nəfəri keçməməsi üçün xüsusi nəzarət olacaq.

Trek sahibləri yarışın ləğv ediləcəyi və ya tamaşaçısız keçiriləcəyi təqdirdə, azarkeşlərin biletlərini növbəti ilə köçürə və ya tam qiymətini qaytara biləcəklərini təsdiqləyiblər.

Qeyd edək ki, İspaniya Qran-Prisi mayın 7-9-da keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: