Baku City CircuitFormula 1IdmanƏn Son

Formula 1-lə əlaqədar Bakıda 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin olunacaq.

Bakı Nəqliyyat Agentliyindən Frame.az-a bildirilib ki, sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik olunacaq. Qeyd olunan marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 22-dən tətbiq ediləcək və tədbir tam başa çatanadək qüvvədə olacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!