Formula 1: Luis Hamilton karyerasında 97-ci qələbəsini qazanıb

Mayın 2-də Formula 1 Portuqaliya Qran-Prisinin qalibi müəyyənləşib.

Frame.az xəbər verir ki, yarışda “Mercedes”in pilotu Luis Hamilton birinci olub. Maks Ferstappen (“Red Bull Racing”) yarışı ikinci, Valtteri Bottas (“Mercedes”) isə üçüncü pillədə başa vurublar.

L.Hamilton cari mövsüm ikinci, karyerasında isə 97-ci qələbəsini qazanıb.

Pilotların siyahısına 69 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 61 xalla ikinci, Lando Norris (“McLaren”) isə 37 xalla üçüncü pillədə yer alıb.

Növbəti yarış mayın 9-da Barselonada təşkil olunacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da Bakı şəhər halqasında keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: