Baku City CircuitFormula 1Idman

Formula 1 Mayami Qran-Prisinin təşkilinin İmolada elan edilməsi gözlənilir

Formula 1 həftə sonu Emiliya Romanya Qran-Prisi zamanı ABŞ-ın Florida ştatındakı Mayami şəhərində Qran-Pri turnirinin keçirilməsini elan edə bilər.

“Autoweek” nəşrinə istinadla xəbər veririk ki, son bir neçə il ərzində layihəni hazırlayan “Liberty Media”nın rəhbəri Qreq Maffei və Formula 1-in keçmiş icraçı direktoru Çeyz Keri İmolaya gələcəklər.

Qeyd edək ki, aprelin 14-də təşkilatçılar bir neçə şərti nəzərə alaraq Mayami-Qardens şəhər soveti ilə yarışın təşkili ilə bağlı razılığa gələ biliblər. Təşkilatçılar səs-küyün azaldılması üçün xüsusi maneələr yaradacaq, şəhərin iqtisadiyyatına sərmayə qoyulması (beş il ərzində güzəştli proqramlara təxminən 5 milyon dollar xərcləyəcəklər), sakinlərə biletlərdə endirimlər edilməsi, sovetliyin məktəb və kolleclərinin ən yaxşı məzunlarından minimum 5-nin təhsil haqqının ödənilməsi ilə bağlı tədbirlər həyata keçirəcəklər.

Mayami Qran-Prisinin 2022-ci il mövsümündə keçirilməsi planlaşdırılır. Yarış gələn ilin yazında baş tuta bilər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!