Formula-1 Şəhərciyində pilotlarla avtoqraf sessiyaları təşkil olunub

İyunun 23-də Azərbaycan Qran-Prisinin Formula-1 Şəhərciyi ndə idmansevərlər azarkeşi olduqları pilotlarla görüşərək onlardan avtoqraflar alıblar.

Frame.az xəbər verir ki, azarkeşlər avtoqraf sessiyasının ilk günündə “McLaren”, “Haas” və “Williams” komandalarının pilotları ilə görüşüblər.

İyunun 24-də “Red Bull Racing”, “Ferrari”, “Mercedes”, “Renault”, bir gün sonra isə “Toro Rosso”, “Sauber” və “Force India” komandalarının pilotları ilə avtoqraf sessiyaları təşkil olunacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: