Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb

Aprelin 26-da saat 17:00-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb.

Frame.az xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Sebastian Fettel, Çarls Lekler, “Williams”ın heyətində Corc Rassell və Ronert Kubitsa yarışırlar. “Red Bull Racing” komandasında Ryer Qasli, Maks Ferstappen, “Racing Point”də Serxio Peres və Lens Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”da Antinio-Covinatsi, Kimi Raykonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər. Pilotlar Roman Qroxan və Kevin Maqnussen isə “Haas” komandasının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları 1,5 saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışacaqlar.

Aprelin 27-də sıralama yürüşü keçiriləcək. Aprelin 28-də isə Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: