Formula 1 Soçi yarışları ərəfəsində “Haas” komandasının qarajında yanğın baş verib

Soçidə keçiriləcək Formula 1 Rusiya Qran-Prisi ərəfəsində “Haas” komandasının qarajında baş vermiş yanğın nəticəsində iki komplekt şin yanıb.

Frame.az “Autosport” portalına istinadla xəbər verir ki, yanğın şinlər üçün termoüzlüklərin temperaturuna nəzarət edən elektron blokda baş verib. Əvvəlcə üzlükdə yerləşən şin komplekti alovlanıb, sonra yanğın digər otağa keçib. Gecə gözətçilərindən biri yanğından dərhal sonra digər komandalardakı həmkarları ilə birlikdə alovun qarşısını ala bilib.

Yanan şinlərin danimarkalı pilot Kevin Maqnussenə məxsus olduğu bildirilir. “Haas” yeni şinlərin alınması üçün Beynəlxalq Avtomobil Federasiyasına müraciət edib. Komandanın rəhbəri Günter Ştayner bildirib ki, yanğının səbəbləri haqqında dəqiq məlumat yoxdur. Lakin başqa komandanın nümayəndəsi deyib ki, yanğının səbəbi gecə vaxtı əməkdaşların termoüzlükləri elektrik cərəyanından ayırmağı unutmasıdır. G.Ştayner bu ittihamlara cavabında qeyd edib ki, bundan sonra kabelləri gecə vaxtı elektrik cərəyanından ayıracaqlar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: