Baku City CircuitFormula 1Ən Son

Formula 1 və Fanatics şirkətləri arasında merçendayz sazişi imzalanıb

Formula 1 şirkəti böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, lisenziyalı idman merçendayzında dünya lideri olan Fanatics şirkəti 2018-ci ildən etibarən Qran Pri həftəsonlarında və onlayn şəkildə yarışın eksklüziv merçendayzer tərəfdaşı olacaq.

Bu əməkdaşlığa imza atmaqla Formula 1 istehlak mallarının artımı istiqamətində böyük addım atmaq niyyətindədir. Şirkətin məqsədlərindən biri də Qran Pri zamanı, onlayn, eləcə də telefon vasitəsilə alış-veriş edən yarış azarkeşləri üçün fərqli satış kanalları yaratmaqdır.

Fanatics şirkəti merçendayzın həcmini artıraraq, Formula 1, həmçinin FIA Formula 1 Dünya Çempionatında iştirak edən komandaların premimum məhsullarının və hər Qran Pri üçün xarakterik olan əşyaların satışını həyata keçirəcək.

Formula 1-in Kommersiya Şöbəsinin İcraçı Direktoru Şon Breçes əməkdaşlıqla bağlı bunları qeyd edib: “Bütün Qran Prilərdə apardığımız araşdırmalardan məlum oldu ki, azarkeşlər daha səmərəli alış-veriş etmək istəyirlər. İnanırıq ki, bu əməkdaşlıq Qran Pri zamanı azarkeşlərin növbəsiz şəkildə daha çox çeşidli və keyfiyyətli alış-veriş etmələrinə şərait yaradacaq. Əməkdaşlığın əsas müsbət nəticəsi isə istər Formula 1 brendi altında, istərsə də komandaların təklif etdiyi məhsulların satışında olacaq artımdır”.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!