Baku City CircuitFormula 1Idman

Formula 1 və İspaniya şirkəti 360 dərəcə görüntü bucağı ilə video təklif edəcək

Formula 1 çempionatı gələn mövsümdə İspaniyanın “ The Dream VR” şirkəti ilə birlikdə görüntü bucağı 360 dərəcə olan videohostinq təklif edəcək. Videokanal smart-televizorlar üçün əlavədə öz meydanındakı start düzülüşünün, podiumun və ən yaxşı dövrənin maraqlı təsvirlərini 360 dərəcə görüntü bucağı ilə təqdim edəcək.

“The Dream VR” istifadəçiləri ötən il britaniyalı pilot Lyuis Hemiltonun beşinci dünya çempionu titulunun bayram edildiyi Meksika Qran Prisinin səhnələrinə və Əbu-Dabi Qran Prisinin təsvirlərinə artıq baxıblar.

İspan mənşəli Albert Palay və Pablo İnnoba tərəfindən yaradılmış, mərkəzi ofisi Mayamidə yerləşən, lakin Barselonada ofisləri olan “The Dream VR” şirkəti yazılmış videoya 360 dərəcə görüntü bucağı texnologiyası ilə baxma sistemini təklif edir. Bu sistem televizor, mobil qurğu və virtual reallıq eynəkləri uyğunlaşa bilir.

A.Palay deyib: “Formula 1 kimi avtomobil idmanı üzrə ən populyar və nüfuzlu dünya çempionatı ilə birlikdə işləmək imkanı bizim üçün xoşdur. Lakin ilk növbədə fanatları interaktiv tamaşaçıya çevirməklə, onların Formula 1 yarışlarına baxmasına kömək etmək xoşdur”.

EFE informasiya agentliyinin mənbələrinə görə, bu əlavənin 140 ölkədə 3,15 milyon istifadəçisi var ki, onların da 800 mini İspaniyadadır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!