Formula-1 yarışlarının 2018-ci il mövsümü üçün rəsmi təqvimi

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Dünya Şurası Formula-1 yarışlarının 2018-ci il mövsümü üçün təqvimini rəsmən təsdiq edib.

Frame.az xəbər verir ki, növbəti mövsüm 21 mərhələdən ibarət olacaq. İlk yarış martın 25-də, son yarış isə noyabrın 25-də təşkil olunacaq.

Ölkəmizin üçüncü dəfə ev sahibliyi edəcəyi Azərbaycan Qran-Prisi isə aprelin 29-da təşkil olunacaq.

İlkin təqvimlə müqayisədə böyük dəyişikliklər edilməyib, lakin gözlənildiyi kimi Çin və Bəhreyn mərhələləri yerlərini dəyişib.

Mövsümün ikinci yarışı məhz Bəhreyndə, ardınca isə Çində keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: