Formula-1 yarışlarının yeni rəsmi loqotipi təqdim olundu

Abu-Dabi Qran-Prisindən dərhal sonra, mükafatlandırılma zamanı Formula-1 yarışlarının yeni rəsmi loqotipi təqdim olunub. Bundan əvvəlki variant 23 ildir ki, istifadə olunurdu.

Frame.az F1News.ru-ya istinadla xəbər verir ki, kommersiya hüquqlarının “Liberty Media”dan olan yeni sahibləri bildiriblər ki, yeni mövsümün əvvəlində çempionatın firma üslubu tam dəyişəcək – televiziya qrafiki də daxil olmaqla bütün yeniliklər 2018-ci ildə təqdim olunacaq.

Formula-1-in kommersiya direktoru Şon Bratçes deyib: “Formula-1 yarışlarının rebrendinqi martda keçiriləcək. Biz tam ölçüdə yeni loqotipimizi təqdim edəcək, teleyayımları yeni qrafik tərtibatda buraxacaq, sosial şəbəkələrdə onların istifadəsinə başlayacağıq.

Lakin bu, Formula-1-dir və biz artıq indidən gələcəyə hazırlaşmalıyıq, gələcək isə bu gündən başlayır. Biz çempionatı yayımlayan və gələn ili nəzərə alıb suvenir məmulatları istehsal edən promouterlərə, sponsorlara və tərəfdaşlara yeni loqotipi nümayiş etdirməliyik.

Əvvəlki loqotip 23 il ərzində dəyişməz qalaraq Formula-1-ə xidmət göstərib. Lakin loqotipdə 1 rəqəminin yaxşı sezilməməsi biznesin inkişafı baxımından onun rəqəmsal qərarlarda istifadəsinə uyğun gəlmirdi. Bir çoxları hətta orada bir rəqəminin olmasını başa düşmürdülər. Bu səbəbdən də istəyirik ki, yeni loqotip sadə görünüşü ilə birmənalı qəbul edilsin”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: